Председатель МОО «МААР» поздравил Ильхама Алиева с блестящей победой на выборах президента Азербайджанской Республики

Председатель МОО «МААР» поздравил Ильхама Алиева с блестящей победой на выборах президента Азербайджанской Республики

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Rusiya Federasiyasında fəaliyyət göstərən “İnkişaf” Azərbaycanlıların Regionlararası Alyansı” ictimai təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə əldə etdiyiniz qələbə Azərbaycan xalqının Sizə olan etimadının və inamının bariz nümunəsidir. Azərbaycan xalqı bir daha öz layiqli Liderini yüksək səs çoxluğu ilə dəstəklədi.

Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ilk dəfə ölkəmizin bütün ərazilərində bu seçkinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azad edilmiş torpaqlarımıza qayıdışın sevincini yaşayan xalqımız seçimində bir daha müdrik qərar verdi, Vətənimiz üçün yorulmadan çalışan rəhbərini yenidən Prezident seçdi.

Sizin uzaqgörən siyasətiniz, yüksək diplomatik bacarığınız sayəsində bu gün Azərbaycan dünyada Qalib ölkə kimi tanınır. Əminik ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Azərbaycan və Rusiya arasında dostluq, tərəfdaşlıq münasibətləri daha da güclənəcək və inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar, Vətənimiz Azərbaycana tərəqqi, xalqımıza xoşbəxtlik və əmin-amanlıq arzu edirik.

Hörmətlə,

Ramil Əliyev,

“İnkişaf” Azərbaycanlıların Regionlararası Alyansı” ictimai təşkilatının sədri.


https://president.az/az/articles/view/64145
Поделись новостями в социальных сетях: